Daxili İşlər Nazirliyinin 10-dan artıq yüksək vəzifəli zabiti həbs olundu

  • Müəllif: admin
  • 29 Yanvar 2019 14:23

Daxili İşlər Nazirliyində yüksək vəzifəli şəxsləri həbs edilib.

Gununsesi.org xəbər verir ki, “Olaylar”a daxil olan məlumata görə, aparılan araşdırmalar zamanı nazirliyin Baş  Pasport idarəsinin coxsaylı xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyi aşkar edilib. Qanunsuz əməllərin üstü açıldıqdan dərhal sonra sözügedən idarənin 10-dan artıq yüksək vəzifəli zabiti həbs olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.