Daxili orqanında tiryək aşkar olundu

  • By admin
  • 23 Avqust 2016 11:59

gomruk

Astara Gömrük İdarəsinin əməkdaşları idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçiriblər.

Gununsesi.info xəbər verir ki, əməliyyat tədbiri nəticəsində, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanında xalis çəkisi 311,46 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info