Daxili orqanında tiryək aşkarlandı - İrandan Azərbaycan gəlirdi

  • By admin
  • 19 Sentyabr 2016 10:56

haciqabul narkotik tv.m2p_snapshot_00.56_[2016.08.31_10.16.26]

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

HTML tutorial

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) narkotik vasitələr – 2 bükümdə ümumi xalis çəkisi 89,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,0 qram olan tiryək aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info