Zonquldakın Devrek rayonunda meşəlik ərazidə təşkil edilən silahlı hücumda Hayrettin Çorukçu (60) və qardaşı oğlu Yüksel Kürekçi (46) öldürülüb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, qətl Devrek rayonunun Alparslan kəndi ilə Bılık kəndi arasındakı sahədə baş verib.
Beləki, Hayrettin Çorukçu və qalereya sahibi qardaşı oğlu Yüksel Kürekçi meşədə spirtli içki qəbul edərkən, kimliyi məlum olmayan şəxs və ya şəxslərin hücumuna məruz qalıb.
Hadisə yerinə polis cəlb edilib və Hayrettin Çorukcunun hadisə yerində öldüyü müəyyən edilib. Ağır yaralanan Yüksel Kürekçi təcili yardımın ilk müdaxiləsindən sonra Devrek Dövlət Xəstəxanasına aparılıb.
Həkimlərin bütün müdaxiləsinə baxmayaraq Kürekçini xilas etmək mümkün olmayıb.
Araşdırmalar davam edir.
Orxan Saffari