Dayioğlu bibioğlunu qətlə yetirdi - Bacısını qaçırdığı üçün

  • By admin
  • 27 Sentyabr 2016 15:18

qetl

Paytaxtın Sabunçu Rayonunda qətl hadisəsi baş verib.

Gününsəsi.info xəbər verir ki, hadisə rayonun Pirşagı qəsəbəsində yerləşən körpünün yaxınlığında qeydə alınıb. Operativ hissə olaraq qətlin baş verdiyini ünvana yollandıq. Məlum oldu ki, hadisə zamanı dünyasını dəyişən şəxs  qəsəbə sakini 24 yaşlı Maarif Quliyevdi. Onun qətlə yetirən isə elə öz doğma dayısı oğlu 21 yaşlı Nurlan Quliyev olub. Belə ki,  Maarif öz dayısı qızını yəni Nurlanın bacısını  sevdiyi üçün qaçırıb. Bundan xəbər tutan Nurlan Quliyev evdən bıçaq götürərək Maariflə görüşüb. Bir bıçaq zərbəsi alan Nurlan qan içində yerdə qalıb. Hadisəni törədən Nurlan bibisinə zəng edərək Maarifi bıçaqladığını bildirib. Xəsarət alan Maarif xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən Nurlan Quliyev isə könüllü şəkildə polisə təslim olub. Faktla bağlı istintaq aparılır.

Gününsəsi.info