“Dərnəgül”də taxta bazarında yanğın - FOTO - VİDEO

  • By admin
  • 19 İyun 2018 09:13

Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb.

Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb.
Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

Qeyd edək ki, Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır. Hadisə yerinə 15 yanğınsöndürən cəlb edilib.

10:12

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur:

“Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək”.

09:51

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.

FHN-dən Gununsesi.info –ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.