DÇ-2022: Əliyar Ağayev seçmə mərhələsinin matçına hakimlik edəcək

FİFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının seçmə oyununa təyinat alıb.

Gununsesi.info-nun məlumatına görə, o, F qrupundakı Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq.

HTML tutorial

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.