DÇ-2022-də ilk sensasiya: Argentina Səudiyyə Ərəbistanına uduzdu YENİLƏNİB + FOTO/VİDEO

Dünya çempionatının C qrupunun Argentina – Səudiyyə Ərəbistanı qarşılaşmasında turnirin ilk sensasiyası qeydə alınıb.

Səudiyyə Ərəbistanı favoritlərdən hesab olunan Argentina millisinə 1:2 hesabı ilə qalib gəlib.

HTML tutorial

15:18

Dünya çempionatının C qrupunun Argentina-Səudiyyə Ərəbistanı oyununda hesab yenidən dəyişib. Səudiyyə Ərəbistanı hesabda önə çıxıb. Qarşılaşmanın 53-cü dəqiqəsində Salem Al Davsari Səudiyyə Ərəbistanını önə çıxaran qolu vurub.

15:13

Dünya çempionatının C qrupunun Argentina-Səudiyyə Ərəbistanı oyununda hesab bərabərləşib. 48-ci dəqiqədə Səudiyyə Ərəbistanının heyətində Saleh Al Şehri fərqlənib.

15:08

Qətərdə keçirilən 22-ci dünya çempionatının C qrupunun Argentina – Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb.

14:55

Qətərdə keçirilən 22-ci dünya çempionatının C qrupunun Argentina – Səudiyyə Ərəbistanı oyununda ilk hissə başa çatıb.

Oxu.Az xəbər verir ki, Argentina millisinin üzvü Messinin vurduğu qol oyunda yeganədir.

14:12

Qətərdə keçirilən dünya çempionatının C qrupunun Argentina – Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.

Oxu.Az xəbər verir ki, 10-cu dəqiqədə Səudiyyə Ərəbistanının qapısına təyin olunan penalti zərbəsini Lionel Messi dəqiq yerinə yetirib.

14:01

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk oyununda Argentina və Səudiyyə Ərəbistanı milliləri üz-üzə gəlir.

13:45

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk turunda üz-üzə gələcək Argentina və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar
Argentina: 23. Emiliano Martinez (q), 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 3. Nikolas Talyafiko 7. Rodriqo De Paul, 5. Leandro Paredes, 17. Papu Qomez – 10. Lionel Messi (k), 22. Lautaro Martinez, 11. Anxel Di Mariya.

Səudiyyə Ərəbistanı: 21. Məhəmməd Əl-Ovais (q), 4. Saud Abdulhamid, 17. Hassan Tambakti, 5. Əli Al Boleahi, 13. Yasser Al Şahrani, 23. Məhəmməd Kanno, 8. Abdullah Al Malki, 7. Salman Al Faraj (k), 10. Salem Al Davsari. 11. Saleh Al Şehri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.