DÇ-2022: Kamerun Serbiya ilə görüşdə hesabı bərabərləşdirdi

Kamerun Serbiya ilə qarşılaşmada 64-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. V.Abubakar fərqlənib. 66-cı dəqiqədə isə hesabda tarazlıq yaranıb. Kamerun millisinin heyətində Çupo-Motinq hesabı 3:3-ə çatdırıb.

15:19

HTML tutorial

Serbiya millisi Kamerunla görüşdə fərqi artırıb. Qarşılaşmanın 53-cü dəqiqəsində A.Mitroviç hesabı 1:3-ə çatdırıb.

15:09

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun – Serbiya oyununda ikinci hissə başlayıb.

14:55

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun – Serbiya oyununda ilk hissə başa çatıb.

Gununsesi.info  xəbər verir ki, 1:2 hesabı ilə Serbiya kollektivi ilk hissəni üstün başa vurub.

14:50

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun – Serbiya oyununun ilk hissəsinin son dəqiqələrində iki qol vurulub.

Oxu.Az xəbər verir ki, əvvəlcə qarşılaşmanın birinci hissəsinin əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə Strahinya Pavloviç Serbiya yığmasının bərabərlik qolunu vurub.

İki dəqiqə sonra isə Sergey Milinkoviç-Saviç Serbiyanın ikinci qolunun müəllifi olub.

14:31

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun – Serbiya oyununda hesab açılıb.

Gununsesi.info  xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində Şarles Kastellito afrikalıları hesabda önə keçirib.

14:00

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun – Serbiya oyunu başlayıb.

13:12

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunda üz-üzə gələcək Kamerun və Serbiya yığmalarının start heyətləri açıqlanıb.

Gununsesi.info  xəbər verir ki, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kamerun: 16. Devis Epassi, 19. Kollins Fai, 21. Şarles Kastellito, 3. Nikolas Nkulu, 25. Nuhu Tolo, 15. Pyer Malonq Kunde, 8. Zambo Angiza, 18. Martin Honqla, 20. Brayan Mbeumo, 13. Erik Çupo-Motinq, 12. Toko Ekambi

Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 6. Nemanya Maksimoviç, 16. Saşa Lukiç, 14. Andriya Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç

Qeyd edək ki, oyun saat 14:00-da start götürəcək.