DÇ-2022-nin mindən çox işçisi koronavirusa yoluxub

  • By admin
  • 25 İyun 2020 19:36

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıqlarında iştirak edən xeyli işçi koronavirusa yoluxub.

Gununsesi.org AFP-yə istinadən xəbər verir ki, 1102 nəfərdən biri dünyasını dəyişib.

51 yaşlı mühəndis iyunun 11-də koronavirus səbəbindən ölüb. Onun heç bir xroniki xəstəlikdən əziyyət çəkmədiyi bildirilib.

Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.

 

 

Gununsesi.org