DÇ-2022-nin seçmə mərhələsi: Millimiz Portuqaliyaya məğlub oldu – YENİLƏNİB+FOTO/VİDEO

  • By admin
  • 07 Sentyabr 2021 21:53

Azərbaycan – Portuqaliya matçı başa çatıb.

Millimiz Portuqaliyaya 0:3 hesabı ilə məğlub olub.

21:33

Azərbaycan – Portuqaliya matçında üçüncü qol vurulub.

Qarşılaşmanın 75-ci dəqiqəsində Dieqo Jota fərqi bir qədər də artırıb.

O, sağ cinahdan asmanı başla komandamızın qapısından keçirib.

21:02

Azərbaycan – Portuqaliya matçının ilk hissəsi 2:0 hesabı ilə başa çatıb.

Hazırda matçda ikinci hissə start götürüb.

20:33

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Portuqaliya matçında ikinci qol vurulub.

Qarşılaşmanın 31-ci dəqiqəsində Andre Silva hesab arasındakı fərqi artırıb.

O, Jotanın ötürməsindən sonra dəqiq oynayıb.

 

20:28

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Portuqaliya matçında hesab açılıb.

Qarşılaşmanın 26-cı dəqiqəsində qonaqlar hesabı açıblar.

Bernardo Silva komandasını hesabda önə çıxarıb.

20:01

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Portuqaliya ilə qarşılaşır.

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən oyunda start fiti səslənib.

Hazırda hesab açılmayıb.

19:06

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sertan Taşkın, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 18. Şəhriyar Əliyev, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov,
Baş məşqçi: Canni De Byazi

Portuqaliya: 1. Ruy Patrisiu, 3. Pepe, 4. Ruben Diaş, 5. Rafael Gerreyro, 6. Joau Palinya, 8. Joau Moutinyu, 9. Andre Silva, 10. Bernardu Silva, 11. Brunu Fernandeş, 20. Joau Kanselu, 21. Dioqu Jota
Ehtiyat oyunçular: 12. Antoni Lopeş, 22. Diequ Koşta, 2. Nelson Semedu, 7. Fransişki Trinkan, 13. Danilu, 14. Dominquş Duarte, 15. Rafa Silva, 16. Otavio, 17. Qonsalu Gedeş, 18. Ruben Neveş, 19. Nunu Mendeş, 23. Joau Mario
Baş məşqçi: Fernandu Santuş

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçı saat 20:00-da başlayacaq.

10:12

Bu gün millimiz 2022-ci ildə dünya çempionatında keçiriləcək seçmə mərhələdə növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşacaq.

Millimiz A qrupunun favoritini evdə qəbul edəcək. Əsas ulduz, komandanın kapitanı Kriştianu Ronaldu cəzalı olduğundan, qonaqlar Bakıya itki ilə gəlib. Millimiz isə kapitan Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyukun xidmətindən məhrum olub.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
A qrupu
20:00 Azərbaycan – Portuqaliya
Baş hakim: 
Marko Quida (İtaliya)
Bakı Olimpiya Stadionu

Gununsesi.info