DÇ-2022: Seneqal Qətəri məğlub edib

  • By admin
  • 25 Noyabr 2022 19:40

DÇ-2022-nin A qrupunda ikinci tura start verilib.

Gununsesi.info xəbər verir ki, çempionatın altıncı gününün ikinci matçında Qətərlə Seneqal üz-üzə gəlib.

 

İlk turda uduzan komandaların dueli 1/8 final şansını qorumaq baxımından böyük önəm daşıyıb. İlk yarının sonlarında hesabı açan seneqallılar ikinci hissədə üstünlüyünü artırıb. Meydan sahibləri isə bu toplardan yalnız birinin əvəzini çıxa bilsə də, görüşün sonlarında Seneqal yenidən fərqi iki topa çatdırıb – 3:1.

Bu qələbə afrikalıların 1/8 final şansını qoruması üçün yetərli olub. Çətin duruma düşən Qətərin qrupda qalması isə günün ikinci matçında rəsmiləşə bilər. Ekvador Niderlandı məğlub etsə, asiyalılar qrupda qalacaq.

Qeyd edək ki, A qrupunun digər görüşündə Niderland və Ekvador qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi

25 noyabr, II tur

A qrupu

17:00. Qətər – Seneqal – 1:3

Qollar: Mohammed Muntari, 78 – Bulaye Dia, 41, Dyedyu Famara, 48, Bamba Dienq, 84

Gununsesi.info