
İngiltərə futbol üzrə 2030-cu ildə təşkil olunacaq Dünya çempionatına ev sahibliyi etmək üçün favorit ölkə statusunu itirib.
“The Telegraph” xəbər verir ki, AVRO-2020-nin final matçı zamanı “Uembli”dəki azarkeş çılğınlıqları təşkilatçı ölkənin imicinə ziddi zərbə vurub.
Artıq UEFA və FIFA rəhbərliyinin İngiltərəyə olan etimadı ciddi şəkildə azalıb. İndi DÇ-2030-un təşkili uğrunda gedən yaraşın öncülləri artıq müvafiq ərizə ilə çıxış etmiş İspaniya və Portuqaliyadır.
Digər tərəfdən, “The Athletic” İtaliya və Səudiyyə Ərəbistanın DÇ-yə birgə təşkilatçılıq təklifi ilə çıxış etməyə hazırlaşmaları barədə maraqlı məlumat yayıb.
İtalyanların hazırda ölkə Superkuboku matçını məhz Ərəbistanda keçirildiyi bildirilib. FIFA-nın xərclərin azaldılması baxımından birgə təşkilatçılıq təkliflərinə müsbət yanaşdığını nəzər alsaq, bu ideyanın heç də qeyri-real olmadığını görə bilərik.
Qeyd edək ki, 2026-cı ilin Dünya çempionatı Kanada, Meksika və ABŞ-da keçirilcək. Turnirə 48 komanda qatılacaq.
Gununsesi.info