“Canni De Byazi Azərbaycan millisində işinə davam edəcək”.
Gununsesi.info xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra Komitə üzvü Zaur Axundov məlumat verib.
Onun sözlərinə görə, italyan mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin sonuna qədər yığmada qalacaq.
Qeyd edək ki, Azərbaycan millisinin seçmə mərhələdə Avstriya və İsveçə böyükhesablı məğlubiyyətlərindən (müvafiq olaraq, 1:4 və 0:5) sonra De Byazinin istefaya göndərilməsi gündəmdə idi.
Gununsesi.info