“Defektoloq və loqoped psixoloji mərkəzləri 15 ildən artıqdır ki, yaradılmır” - BƏXTİYAR ƏLİYEV SƏRT DANIŞDI

  • By admin
  • 06 Aprel 2017 11:43
baxtiyar
Mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycanın bütün  rayon və şəhərlərində defektoloq və loqoped psixoloji mərkəzlərinin yaradılması nəzərdə tutulsa da, 15 ildən artıdır ki, bu, edilmir.
 Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Əliyev Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında”  qanun layihəsinin müzakirəsi zamanı deyib.
 Onun sözlərinə görə,  Azərbaycanda təhsil sahəsini əhatə edən müxtəlif  qanunlar qəbul edilsə də, indiyədək  həmin qanunlarda nəzərdə tutulan bir çox məsələlər reallaşmayıb.
“Bunlardan biri kimi mən defektologiya və loqoped mərkəzlərin yaradılmasını göstərə bilərəm. Hansı ki, bu defektologiya və loqopedik psixoloji mərkəzələr  psixoloji yaradıcılığında, eyni zamanda,  fiziki cəhətdən qüsurlu   uşaqların adaptasiyası ilə bağlı öz xidmətini göstərməli idi. Ancaq təssüflər olsun ki, adıçəkilən qanunların qəbul olunmasından xeyli illər keçməsinə baxmayaraq, 15 ildən artıqdır ki, bunlar həllini tapmır.
Bunlar ciddi məsələlər olduğundan nəticə çıxarılmalıdır. Hesab edirəm ki, sağlamlıq məhdudiyyəti olan uşaqların məktəbəqədər təhsilə cəlb olunması ilə bağlı müddəaların  “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində  əksini tapması yerində olan məsələdir”- deyə, B. Əliyev vurğualyıb.
B. Əliyev deyib ki, əvvələr bu sahədə kadrlar ancaq pedaqoji kadr kimi hazırlnsa da, indi artıq ali təhsil müəssisələrində ayrıca  ixtisas kimi keçilməyə başlanılıb:
“Artıq bununla bağlı Nazirlər Kasbineti tərəfindən defektoloq, loqoped ixtisaslarının standartları müəyyənləşib və tədris edilir”.
Mürtəza 
Gununsesi.info