Dekabrda üç ölkənin rabitə naziri Bakıya gələcək

  • By arzu
  • 23 Noyabr 2019 18:44

Dekabrın əvvəlində Türkiyə, İran və Belarusun nəqliyyat və telekommunikasiya nazirləri Azərbaycana gələcək.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, onlar Bakıda keçiriləcək “Xəzər İnnovasiyalar Sammiti”ndə iştirak edəcəklər.

Məlumata görə, “Bakutel 2019” çərçivəsində keçiriləcək sammitdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi, Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqan və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Zao qatılacaq.

Xatırladaq ki, bu il “Bakutel 2019” telekommunikasiya sərgisi dekabrın 3-6-da keçiriləcək.

Gununsesi.org