
ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırandan sonra Türkiyə Mərkəzi Bankının (TCMB) dekabrın 20-də keçiriləcək iclasında qəbul olunacaq qərar hazırda maliyyə bazarlarının diqqət mərkəzindədir.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, maliyyə bazarları TCMB-nin uçot dərəcəsini 0,25 faiz bəndi, faiz dəhlizinin üst həddini isə 0,5 faiz bəndi artıracağını proqnozlaşdırır. Lakin Mərkəzi Bankın faizləri sabit tutaraq maliyyə bazarlarının reaksiyasını yoxlayacağı fikrini də irəli sürən analitiklər az deyil. Xatırladaq ki, uçot dərəcəsi faizi dedikdə, Türkiyədə 1 həftəlik REPO faizləri əsas götürülür.
Qeyd edək ki, bu, TCMB-nin 2016-cı ildə sonuncu iclası olacaq. Noyabrın 24-də keçirilən əvvəlki iclasda TCMB faiz dəhlizinin üst həddini 0,25 faiz bəndi artıraraq 8,5%-ə, uçot dərəcəsi və ya 7 günlük REPO faizlərini isə 0,5 faiz bəndi artıraraq 8%-yüksəldib.
Gülnaz Qənbərli
Gununsesi.info