Demet Akalının əri Okan Kurt müflis oldu

  • By admin
  • 13 İyul 2018 17:13

Похожее изображение

Müğənni Demet Akalının əri Okan Kurt müflis olması barədə yayılan xəbərlərə münasibət bildirib.  Maliyyə problemləri ilə üzləşdiyini etiraf edərək borclarını ödəyəcəyini bildirib:

“Ölkəmizdəki məzənnənin oynaqlığı, şirkətlər arasındakı rəqabət bizdə maliyyə problemlərimizin yaranmasına gətirib çıxartdı. Bu proses 3 aydır ki, davam edir. Borclu olduğum şirkətlərdən birinə ödəniş edilib.  Sıra-sıra hər kəsin borcu qaytarılacaq. Bundan başqa, digər şirkət nümayəndələri ilə görüşlər olacaq. Bizi başa düşən firma və banklara öz təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, bu gün Kurt ailəsinin sahib olduğu “Martaş Lojistik”  banklara 100 milyon dollar borclu olması barədə məlumat yayılmış, işçilırin rəhbərliyi məhkəməyə verdiyi iddia edilmişdi.

 

Gununsesi.info