“Demokratiya yalnız siyasi partiyalar üçün deyil, öncə xalq üçün olmalıdır” -XXH Başqanı

  • By admin
  • 17 Avqust 2023 15:49

Xalqa Xidmət Hərəkatının (XXH)Başqanı və gənc siyasətçi Arzu Sayadoğlu saytımıza açıqlama verib.

Gununsesi.info xəbər verir ki, ölkədəki siyasi sistemlə bağlı müsahibə verən gənc siyasətçi Sayadoğlu demokratiyanın bir birləşdirmə və bütünləşdirmə sənəti olduğunu bildirib.

“Demokratiya həm də birləşdirmə və bütünləşdirmə sənətidir. Uzlaşmaq istəyi bu dəyərlərə aparan əsas yoldur. Demokratiyanı hər kəsi qucaqlayıcı bir düşüncə ilə qurmaq olar. Demokratiya HƏR KƏS ÜÇÜN olmalıdır. Hər bir canlı növü, yaradılmış olan hər atom, hər hüceyrə, hər neyron üçün”.

 

XXB Başqanı imperialist maraqları Azərbaycan xalqını və dövlətini əsir almağa imkan verməyəcəklərini sölyəyib. Bunun üçün də ictimai və siyasi birliyin önəmini vurğulayıb.

“Yürütdüyümüz bu mücadilə iqtidar-müxalifət mübarizəsi deyil: İmperializm və Azərbaycan (xalqı) mücadiləsidir. Sənə açılan bu savaş sən olmadan necə qazanıla bilər? Ən yenilməz imperiyalar belə, xalqın gücü ilə meydanlarda tankları ilə, silahları ilə ayaqlar altında əzilmişdir”.

Demokratiyaya öz baxışlarını bildirən Arzu Sayadoğlu demokratiyanın siyasi partiyalar üçün deyil, xalq üçün olmalı olduğunu vurğulayıb.

 “Demokratiya yalnız siyasi partiyalar üçün deyil, öncə xalq üçün olmalıdır. Xalqsız qurulan demokratiya siyasi partiyaları yüksəldə bilməz. Atılacaq hər bir müsbət addım, veriləcək ən gözəl qərar, beyindəki ən gözəl düşüncə xalqa yönəlik, təməlində toplumun çıxarları və səadəti olandır. Demokratiya həm də siyasətçilərin xalqla imtahanıdır”.

 

Sayadoğlu açıqlamasında ruha və əbədiyyətə vurğu edib.

“Bu millət üçün ƏBƏDİyyət kitabı yazmağa, qaranlıqların sönməz çırağını yandırmağa və bir işıq olmağa gəlmişik. Biz partiya adamlarından daha  çox, millət adamları olan Ulusal Nəfəslərik”.

 

Sayadoğlu açıqlamasını fəlsəfi düşüncələrlə tamamlayaraq belə deyib:

“Biz – bədən adamları deyil, daha çox ruh əhliyik. Biz, bədənimizdəki biz deyil, daha çox ruhumuzdakı bütünləşmiş bizik. Biz yalnız siyasi hürriyyət deyil, həm də insani hürriyət arayışındayıq. Elə “insani” ki, vicdan və düşüncə özgürlüyü olmadan, olmaz. Vicdan mənəviyyatın, mənəviyyat isə ruhun qidasıdır. Ruhu azad olanın düşüncəsi də azad olar”.

 

Gununsesi.info