
Amerikada istefa verən Rik Perrinin əvəzinə Energetika naziri vəzifəsinə Den Bruyett təyin olunub.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Bruyettin namizədliyini Amerika senatı dəstəkləyib.
Palatanın 100 üzvündən 70 %-i Bruyettin nazir postuna gətirilməsinin tərəfinə səs verib.
Qeyd edək ki, Energetika naziri vəzifəsindən istefa verən Rik Perrinin bundan sonra əvvəllər qubernatoru olduğu Texas ştatında fəaliyyətinə davam edəcəyi bildirilir.