
Bu gün ən çox rast gəlinən psixi pozğunluqlardan biri olan depressiya adətən iqtisadi çətinliklər, kədər, münasibətin sonu və pəhriz kimi faktorlara görə baş verir. Alimlər sübut ediblər ki, gündə təxminən 7 min addım atmaqla depressiyanın dağıdıcı təsirlərini aradan qaldıra bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, gündə 5 mindən az addım atmaq depressiya riskini artırır. 7500 addım atan insanlarda depressiya riski yüzdə 42 azalır.
Məşq və sağlamlıq fiziologiyası mütəxəssisi Lindsay Bottoms Daily Mail-ə verdiyi açıqlamada 10 min addım hədəfi ilə məşğul olmağın yanlış olduğunu müdafiə etdi.
Araşdırmalar ortaya çıxarıb ki, gündə 10 min addım atmaq sağlamlıq üçün zərurət deyil, əksinə 4 min 400 addım atmaq belə ömrü uzada bilər.
Orxan Saffari