Deputat: "Heç kəs bütün gün maska ilə gəzmək istəmir"

  • By admin
  • 10 Aprel 2021 22:55

Bir ildən artıqdır ki, ölkədə mövcud karantin rejiminin tələblərinə riayət edilməsinə vətəndaş məsuliyyətinin artırılması üçün maarifləndirici işlər, kampaniyalar aparılır. Bütün bunlara baxmayaraq, bir qrup şəxsin sosial şəbəkədə “Nəfəs alaq” (#nəfəsalaq) həştəqi ilə kampaniya başlatması və digər insanların da bu kampaniyaya dəstək verməsi məsuliyyətsiz bir davranışdır.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa sosial şəbəkə istifadəçilərinin başlatdığı kampaniya haqda danışakən deyib.

O bildirib ki, hazırda ölkədə koronavirusa yoluxanların, hətta ölənlərin sayında artım müşahidə olunur:

“Mövcud vəziyyətin gərginliyi hər kəsə bəllidir. Bu gün əksər insannın ailə üzvü, dost-tanışı, qohum-əqrabası içərisində ən azı bir nəfər bu virusa yoluxub. Hər gün koronavirusdan insanlar həyatını itirir. Bu, sizin, mənim və ya bir başqasının yaxını ola bilər.

Ən pisi də buna bir anlıq məsuliyyətsizliyin səbəb olmasıdır. Hər halda heç kəs bütün gün maska ilə gəzmək istəmir. Lakin mövcud vəziyyət bizdən bunu tələb edir.

Sosial şəbəkədə “Nəfəs alaq” kampaniyası məsuliyyətsiz və digər insanları da təhlükəyə atacaq davranışdır. İnsanlar bu kimi davranışlardan uzaq durmalıdır”.

Gununsesi.info