
Milli Məclisin iclasında deputat Elman Məmmədov Nazirlər Kabinetinin məcburi köçkünlərlə bağlı 2017-ci il 24 yanvar tarixli qərarını tənqid edib.
Gununsesi.org–un məlumatına görə, deputat bildirib ki, bəzən kimlərinsə mövqeyi nəticəsində ziddiyyətli qərarlar verilir.
“Bu qərarlar məcburi köçkünlər statusuna malik olan bir qrup insanın yolunun bağlanmasına gətirib çıxarır. Məsələn, mən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını diqqətinizə çatdırıram. Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb.
Onun sözlərinə görə, həmin qərarın digər bəndində isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə, ona müavinət düşmür. Eyni zamanda, onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”
Qeyd edək ki, deputatın adını çəkdiyi tarixdə Baş nazir Artur Rasizadə olub.