Deputat AŞPA-dan girovların azad olunmasını tələb etdi

  • By admin
  • 14 Oktyabr 2016 17:18

aspa

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çağırış edib, onların azadd olunması üçün Ermənistana təzyiqə çağırıb.

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili bu məqsədlə AŞPA-dakı həmkarlarına müraciət edib: “Dəyərli həmkarlarım, AŞPA sadəcə, ciddi problemlərlə bağlı qərarlar qəbul etməməlidir. Eyni zamanda qəbul etdiyi qərarların həyata keçməsi üçün ona  ciddi nəzarət də etməlidir. Alınan qərarları yerinə yetirməyənlərə qarşı ciddi addımlar atılmalıdır. Avropa Şurasına üzv olan bir ölkə digər bir üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz. Ukrayna ilə bağlı müzakirələr zamanı da AŞPA bu barədə birmənalı mövqeyini ortaya qoydu. O zaman mən Assambleyadan,Sizdən soruşmaq istəyirəm. Nə üçün Azərbaycanın 20 faiz torpaqlarını 25 ilə yaxındır ki,işğal altında saxlayan işğalçı Ermənistana qarşı ciddi addımlara əl atılmır? Nə üçün təşkilatımız AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyən işğalçı Ermənistana qarşı sərt addımlara əl atmır? Ermənistan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir, 1 milyon insanın 25 ilə yaxındır ki, haqlarını tapdalamaqda davam edir. O insanlar sizdən soruşurlar ki, nə üçün onların haqlarını pozan Ermənistana qarşı AŞPA heç bir ciddi addımlar atmır? AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin qəbulundan 10 ildən çox vaxt keçir, amma Ermənistan onu yerinə yetirmir. Sərsəng Su Anbarı ilə bağlı qətnamənin qəbulundan aylarla zaman keçir. Amma Ermənistan onu da yerinə yetirmir. Avropa Məhkəməsi azərbaycanlı köçkünlərlə bağlı “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qəraq qəbul edir. Ermənistan onu da yerinə yetirmədən imtina edir və AŞPA-da işğalçı ölkənin törətdiyi bu dəhşətli əməlləri ddurdurmaq üçün ciddi addımlara əl atmırlar. Biz Assambleyamızı işğalçı Ermənistanın əməllərinə artıq ciddi cavab verməyə, sərt addımlar atmağa çağırırıq. Ermənistan təkilatımız və baş katib Yaqlandın bütün çağırışlarına baxmayaraq, hələ də azərbaycanlı məcburi köçkünlər  – Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir, onlara qarşı saxta məhkəmələr, işgəncələr davam edir. Assambleyamız Ermənistanın insan haqlarına bu qədər zidd əməllərinə artıq susmamalıdır və ciddi addımlar atmalıdır. Biz AŞPA -nı işğalçı Ermənistana ciddi təzyirlər göstərməyə çağırırıq”-, deyə millət vəkili çixişinda deyib.

Gülnaz Qənbərli

Gununsesi.info

P.S. Millət vəkili Q. Paşayeva çıxışının əvvəlində Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyanın Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov və AŞPA sədri Aqramunda qarşı sayğısızlığını kəsin qınayaraq, AŞPA-nı Ermənistan heyətinin bu əməllərini qınamağa çağırıb.