Deputat Avropa Şurasının rəsmiləri ilə görüşüb

  • By admin
  • 31 Mart 2022 19:46

Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Kamal Cəfərov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Avropa Şurası Katibliyinin İqtisadi cinayətlər və əməkdaşlıq şöbəsinin proqram menecerləri Danae İssa və Zəhra Əhmədova ilə görüşüblər.

Gununsesi.info xəbər verir ki, görüşdə Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaxşı idarəçilik üçün Tərəfdaşlıq” proqramının Azərbaycan üzrə layihəsinin perspektiv istiqamətləri müzakirə edildi və etik davranış qaydaları ilə bağlı müvafiq təkliflər təqdim edildi.

Gununsesi.info