Deputat: “Ayrılan pullar ciblərə gedirdi”

  • By arzu
  • 31 May 2020 19:53

“Burada hər hansı deputat yanlış fikir bildirirsə, buna münasibət bildirmək lazımdır”.

 

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, həmkarı Vahid Əhmədov Prezident İlham Əliyevin fikirlərini çox səhv şəkildə şərh etdi:

“Ölkə prezidenti bütün hamımızdan daha çox cümhuriyyətimizə sədaqətlidir. Cümhuriyyət haqqında abidənin yaradılması ilə bağlı cənab prezident sərəncam imzalayıb. Ölkə başçısı Azərbaycan Cumhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladı. Ölkə başçısı dövlətçiliyimizə, cumhuriyyətimizə bizim hamımızdan çox sədaqətlidir. Ölkə başçısının ailəsi də həmçinin. İkincisi, Vahid Əhmədova bildirmək istəyirəm o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Hansı ciblərə gedirdi bəllidir. Köhnə müdafiə naziri ilə sizin yaxşı əlaqələriniz və iş birliyiniz olurdu. Bunu bilirəm. Görüşlər üçün külli miqdarda pullar yığılırdı. Bu gün isə bu hallar yoxdur. Şəffaflıqdır. İstər qidalanmada, istərsə də geyimdə. Məni susdura bilməyəcəksiniz. Nə olursa, olsun mən sözümü deyəcəm. Biz ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisası basdıra bilsinlər”.

Gununsesi.org