Deputat AzTV və İctimai televiziyadan imtina etdi - SƏBƏB

  • By admin
  • 09 Aprel 2018 11:58

Millət vəkili Fazil Mustafa AzTV və İctimai Televiziyaya müsahibə verməkdən imtina edərək dəyərli vaxtını havaya sovurmaq istəmədiyini bəyan edib.

Gununsesi.info xəbər verir ki, deputat AzTV və İTV-yə müsahibə verməməsini öz Facebook səhifəsində yazıb. “Səhər- səhər bir xanım bir az çətin anlaşılacaq səslə zəng edib ki, Fazil bəy ictimai televiziyadandır və sizdən gündəmə dair müsahibə götürmək istəyirəm. Cavabım dərhal və kəsə oldu: Xanım, siz bilmirsiniz ki, Alışanovun vücudu ilə idarə olunan heç bir televiziyaya artıq mən dəyərli vaxtımı sərf edib müsahibə vermirəm? Xanım jurnalist gülümsəyərək cavabında dedi: Bəy, narahat olmayın, biz Gürcüstanın İctimai televiziyasındanıq, sizin fikirlər maraqlı olduğuna görə oradakı soydaşlarımızla bağlı düşüncələrinizi almaq istədik. Razılıq verdim. Çünki ağılla idarə olunan televiziyalara diqqətsizlik etmək xarakterimdə yoxdur”.

Gununsesi.info