Deputat Bakı Nəqliyyat Agentliyini qınadı

  • By admin
  • 03 Sentyabr 2020 14:52

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdirinin taksilərlə bağlı söylədiyi fikir çox düzgün olaraq narazılığa səbəb olub.Hər bir vətəndaşımızın taksidən isitifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Qeyd edib ki, hər yerdə olduğu kimi, taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir.

“Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olan insanlarımızın ucuz kreditlə vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün proqram hazırlanmasına da ehtiyac var”-deyə, o, əlavə edib.

Gununsesi.info