Deputat: “Bu, Putinin imicinə böyük zərbə olacaq” - ÖZƏL

  • By admin
  • 21 İyun 2016 11:52

Asim Mollazade

 

HTML tutorial

“Qarabağ münaqişəsinin həlli ilə bağlı Vladimir Putinin rəhbərliyi ilə iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi görüş Rusiya üçün çox ciddi sınaq idi”. Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, əgər Rusiya üzərinə belə bir ciddi təşəbbüsü üzərinə götürübsə, onda probelmin həlli istiqamətində addımlar atmalıdır: “Əgər Qarabağ probleminin həlli istiqamətində ciddi addımlar atılmayacaqsa, bu Putinin imicinə böyük zərbə olacaq. Çünki belə bir şou keçirərək, təntənəli təşəbbüsü üzərinə götürən ölkə münaqişənin həllində hansısa irəliləyişə nail olmalıdır.”

Deputat deyib ki, Rusiya Ermənistana təsir imklanlarından istifadə etməsə Qarabağ məsləsində nəticə əldə edilməyəcək. “Azərbaycan torpaqları işğaldan azad edilməyəcəyi təqdirdə isə bölgədə sabitlik üçün ciddi təhlükələr yaranacaq”, – deyə millət vəkili vurğuladı. Millət vəkili hesab edir ki, sülh danışıqları üçün ilk olaraq BMT TŞ-nin Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnamələr icra olunub, torpaqlar işğaldan azad edildikdən sonra ciddi sülh danışıqlar gedə bilər. “Biz işlərimizi bu istiqamətdə davam etdirməli və dünyaya izah etməliyik ki, əgər Ermənistan işğal altında olan torpaqları azad etməyəcəyi təqdirdə bölgədə sabitliyə və sülhə ciddi təhlükə yaranacaq”, – A. Mollazadə qeyd edib.