Deputat bütün qurumlarda çalışanların əməkhaqqlarının artırılmasını təklif etdi

  • By admin
  • 08 Noyabr 2017 13:00
Millət vəkili bütün dövlət və digər qurumlarda çalışanların əməkhaqqının artırılmasını təklif edib.
Gununsesi.info xəbər verir ki, millət vəkili Musa Quliyev Milli Məclisdə 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı bir sıra sosial problemlərə diqqət çəkib.
O, ilk olaraq  büdcədə növbəti ildə əməkhaqqının  artırlması ilə bağlı nə qədər vəsaitin ayrılmasına  aydınlıq gətirməsini istəyib.
Deputat bildirib ki, bu gün ayrı-ayrı qurumlar deyil, bütövlükdə dövlət və digər qurumlarda çalışanlar üçün vahid əməkhaqqı sistemi formalaşdırılmalıdır və bu qanuna əsasən maaaşlar artırılmalıdır.
Bununla bağlı olaraq millət vəkili əməkhaqqı sisteminin tənzimlənməsini təklif edib. O bildirib ki,  çalışan şəxslərin  maaşları ildə yaşayış minimumuna uyğun şəkildə formalaşdırılmalıdır: “Əgər maaşlar buna uyğun şəkildə tənzimlənərsə. O zaman hər hansı problem ortaya çıxmaz. Yəni maaşlar hər il ölkədəki infilyasiyaya uyğun formalaşacaq”.
Deputat eyni zamanda sosial müavinətlərə yenidən baxılaarq onun tənzimlənməsini müavinətlərin sayının azaldılmasını təklif edib. Bildirib ki, bu gün ölkədə 5-10-17 manat civarında sosial müavinətlər verilir. “Təklif edirəm ki. Bu müavinətlərə yenidən baxılmalı və azaldılmalıdır. Qoy bu müavinətlər  az olsun. Amam həcmi yuxarı olsun”.
 
Deputat eyni zamanda səhiyyə sahəsinə ayrılan vəsatinin azlığından şikayətlənərək deyib ki, bu vəsait qənatəbəxş  deyil. “Mən bu vəsaiti inkişaf etmiş ölkələrdə adambaşına düşən səhiyyə xərcləri ilə demirəm, heç Şərqi Avropa  və digər ölkəlrələ müqayisədə həddən artıq azdır. Bu məsələyə baxıb  vəsaiti artırmalıyıq”- deyə, o, bildirib.
Mürtəza
Gununsesi.info