Deputat çörəksiz qoyduğu uşağa görə sevinir - RASİM MUSABƏYOV ÖZÜNƏ ÜNVANLANAN SÖYÜŞLƏRİ DƏSTƏK KİMİ TƏQDİM EDİR

  • By admin
  • 08 May 2019 12:28

Milli Məclisin üzvü Rasim Musabəyov özünün sosial şəbəkədəki hesabında növbəti statusunu paylaşıb.

Gununsesi.org-un xəbərinə görə, Rasim Musabəyov sevinc hissi ilə yeraltı keçiddə pop-corn satan uşağın piştaxtasının götürülməsini sevinclə qarşılayıb.

Onun qeydlərini təqdim edirik:

Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popcorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsada, ictimaiyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi muzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.
Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. 
Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm.

İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın.

Maraqlıdır ki, minlərlə vətəndaşın sərt mövqeyi ilə qarşılaşan Rasim Musabəyov bunları görməzdən gəlir və guya ona sosial şəbəkədə dəstəy ifadə olunmasını vurğulayır. Halbu ki, Rasim Musabəyov azyaşlı uşağın çörəkpulu qazanmasına basi olduğuna görə, təhqirlərə belə məruz qalıb.

Elmar

Gununsesi.org