Deputat Etibar Əliyev də Saleh Rüstəmli ilə bağlı Prezidentə müraciət etdi

  • By admin
  • 08 Dekabr 2021 12:46

Milli Məclisin deputatı Etibar Əliyev  həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Deputat Etibar Əliyev Saleh Rüstəmovun səhhətinin çox ağır olduğunu deyib.
Millət vəkili müraciətində Saleh Rüstəmovun 1-ci Qarabağ savaşında iştirak etdiyini vurğulayaraq qeyd edib: “Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.

HTML tutorial

Qeyd edək ki, bundan əvvəl deputat Vahid Əhmədov da Prezidentə anoloji müraciət edib.

 

Gununsesi.info