Deputat: “Fransa senatının qətnaməsini düşmənçilik aktı kimi qiymətləndirməliyik”

  • By admin
  • 26 Noyabr 2020 12:49

“Vaxtilə rəhmətlik Heydər Əliyev Fransanın ATƏT-in Minsk qrupunda olmasına etiraz edirdi. Fransa tərəfi isə dedi ki, ədalətli olacaqlar”.

Gununsesi.org xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Fransada çoxlu sosial problemlər var:

“Onlar cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq istəyir. Biz Fransa senatı ilə bütün əlaqəmiz kəsməliyik. Fransa senatının qəbul etdiyi qətnaməni düşmənçilik aktı kimi qiymətləndirməliyik”.

Gununsesi.org