Deputat Gəncənin yollarından danışdı

  • By admin
  • 14 İyun 2024 10:46

Son zamanlar elektron xəritələrdə, naviqatorlarda yollardakı dəyişikliklər sistemə gec əlavə olunur. Bu da turistlərin  və sürücülərin hərəkət qaydalarını pozmalarina, qadağan olunmuş yollarda hərəkt etmələrinə səbəb  olur.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Milli Məclisin plenar iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat əlavə edib ki, xüsusilə də paytaxtın kənar rayon-şəhərlərində buna daha çox rast gəlinir.

 

Naqif Həmzəyev , həmçinin aidiyyatı qurumların diqqətini başqa bir məsələyə də yönəldib:

Parklanma yerlərində fiziki qüsürlu şəxslər üçün xüsusi yerlər ayrılıb. Bu təqdirəlaiq addımdır. Bununla yanaşı parklanma yerlərində elektrikli avtomobillər üçün də xüsüsi yerlərin ayrılmasını təklif edirəm. Belə olacağı təqdirdə elektrikli avtomobillərə keçidin sürətlənməsinə azacıqda olsa təkan verəcəyimizi düşünürəm. Gəncə şəhərində Daşkəsən istiqamətndə hərəkətetmək üçündaha çox Təbriz küçəsi və 28 may prospektindən istifadə olunur. Həmin yollarda su kanalizasiya işləri uzun müddətdir aparıldğından, bu yollarda hərəkət çox çətindir. Yalnız dördçəkər avtomobillər normal hərəkət edə bilir. Həmçinin şəhərin mərkəzində yerləşən Atatürk prospektindədə oxşar vəziyyətdir. Yay aylarında gəncəlilər XoşBulaq yaylağına mütamadi səfərlər etdikləri üçün çox əziyyət çəkirlər. Xahiş edirəm adiyyatı qurumlara vəsait ayırılsın ki, bu yollar əsaslı qurulana qədər, mövcud cuxurlar yamansın. Bu yollarda hərəkət normallaşsın. Bakı – Ağstafa – Gəncə istiqamətində qatar reyslərinin 2 dəfəyə qədər artırılması bayram ərəfəsində xoş müjdə oldu. Qərb bölgəsində yaşayan və bu reyslərin istifadə edəcək hər kəsi təbrik edirəm”.

 

Günay Mahirqızı

Gununsesi.info