Deputat Gəncənin yollarından danışdı

Milli Məclisin bu gün keçirilən iclasında Gəncədən seçilən deputat Naqif Həmzəyev bir sıra aktual məsələlərdən danışıb.

”Kəpəz” komandasının uzun illər sonra öz evində oynamasından məmnunluğunu dilə gətirən deputat daha sonra deyib:
“Kəpəz” futbol klubuna ayrılan vəsait o qədər də çox deyil: “Ümid edirəm ki, Gəncədə müasir tələblərə cavab verən stadion tikiləcək”.

HTML tutorial

Naqif Həmzəyev Gəncənin su və kanalizasiya probleminə də toxunub: “Prezident tərəfindən lazımi vəsait ayrılıb və bu işlər artıq sürətlə həyata keçirilir. Eyni zamanda gəncəlilərin ən böyük istəyi və arzusu Gəncənin yollarının da Bakının mərkəzi küçələri kimi olmasıdır”.

Gununsesi.info