Deputat: “Gənclər ailə qurmazdan əvvəl təlimə getsinlər”

  • By admin
  • 07 İyun 2024 14:47

Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin növbədənkənar sessiyasının iyunun 7-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkədə boşanmaların sayı ciddi şəkildə artıb: “Bu, artıq SOS siqnalıdır və qarşısının alınması üçün ciddi addımlar atılmalıdır. Nəzərə alsaq ki, ölkədə vətəndaş nikahı yoxdur, insanlar tövsiyə, məsləhət əsasında nikaha daxil olurlar. Hətta bir çox hallarda bir-birilərini yaxından tanımırlar. Təbii ki, bu da sonradan boşanmaların sayının artmasına gətirib çıxarır”.

Deputat daha sonra bildirib ki, boşanmaların baş verməməsi üçün gənclər evlənməzdən öncə təlimlərə getməlidir: “Həmin təlimlər ailə instititutun davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edə bilər. Gənclər bir-birini tanımalıdır. Həmin təlimlərdə həyatın müxtəlif mərhələlərində üzləşə biləcəkləri çətinlikləri öyrənməlidir. Hesab edirəm ki, bu cür təlimlərin təsiri ola bilər”. 

 

Afət Abbasova

Gununsesi.info