Xəbər verdiyimiz kimi, ayrı-ayrı dövlət xadimlərinə, vəzifəli şəxslərə, habelə iş adamlarına saxta orden-medal paylayan dəstə ifşa olunub.
Onlar arasında əsas diqqəti çəkən isə “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri kimi təqdim olunan Eldar İsmayılovdur.
Belə ki, sosial şəbəkələrdə Eldar İsmayılovun 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu da saxta ordenlə təltif etməsi barədə görüntülər yayılıb.
Həmin görüntülərdə Milli Məclisin üzvü Eldar Quliyevin də həmin tədbirdə olduğu görünür.
Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Eldar Quliyevlə əlaqə saxlayıb.
Sualımızı eşidən deputat “icasda olduğu üçün danışa bilmədiyini” deyrək, telefonun dəstəyini asıb.
Bu arada isə deputatın köməkçisi musavat.com-a açıqlamasında Eldar Quliyevin Türkmənistana təkbaşına getdiyini iddia edib.
Firuzə
Gununsesi.info












