Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev son zamanların ən aktual problemlərindən birinə toxunub.
Gununsesi.info–nun xəbərinə görə, deputat çıxışında deyib ki, Penitensiqr Xidmətdə PCR testin vətəndaşlardan və vəkillərdən tələb olunması ləğv edilməlidir”.
Deputat bildirib ki, məhbuslarla görüşə gələn ailə üzvləri və vəkillərdən bununla müraciətlər alırlar: “Artıq ölkəyə gələnlərdən PCR testi tələbi ləğv edilib. Cəzaçəkmə müəssisəsində məhkumların yanına gələn ailə üzvləri və vəkillərdən isə hələ də bu test istənilir. Bu isə həmin şəxslər üçün əlavə xərc deməkdir. Təklif edərdim ki, heç olmasa ilk olaraq vəkillər üçün PCR testi tələbi ləğv edilsin”.
Günay Təhməzova
Gununsesi.info