Deputat hərbçilərin maaşını artırmağı təklif etdi

  • By admin
  • 28 Dekabr 2020 14:02

“Hərbçilərin maaşının qaldırılmasına ehtiyac var”.

 

Gununsesi.org xəbər verir ki, bu təkliflə deputat Tahir Kərimli parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib.

T. Kərimli həmçinin dövlət televiziyasına da əlavə texniki qurğuların alınması üçün vəsaitin ayrılmasını təklif edib: “Biz müharibə vaxtı hadisələrdən canlı yayımları Türkiyə telekanallarından canlı izləyirdik. AzTV-nin səyyar qurğulara ehtiyacının olduğunu gördük. Ona görə də bu kanala əlavə vəsaitin ayrılması yaxşı olardı”.

Gununsesi.org