Deputat Hacıbala Abutalıbovdan izahat tələb etdi - "QANUNUNLARA HÖRMƏT EDİN"

  • By admin
  • 06 Mart 2018 12:22

“Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Milli Şuranın indidən təyin etdiyi mitinqlər qanunsuzdur”.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili əlavə edib ki, martın 19-a qədər seçkilərin lehinə və ya əleyhinə təbliğat aparmaq qanuna ziddir.

“Bakı Şəhər İcra Hakimiyyətindən tələb etməliyik ki, aydınlıq gətirsin. Milli Şura adlanan bir qurumun seçki təbliğat-təşviqat kampaniyası başlamamış bu cür mitinqlərin keçirilməsinə icazə vermək nə qədər qanunidir? Gözləsinlər, martın 19-dan sonra keçirsinlər. Elə bilərsiniz, mən nədənsə narahatam, xeyir! Sadəcə qanunlara hörməti tələb edirəm”, – deyə Q. Həsənquliyev bildirib.

Gununsesi.info