Deputat iclas zamanı pornoya baxdı -FOTO

Serbiyada Sosialist Partiyasından olan deputat Zvonimir Steviç parlamentin iclas zalında mobil telefonu ilə pornofilm izləyərkən yaxalanıb.

Gununsesi.info xəbər verir ki bu barədə Serbiyanın NOVA nəşri məlumat yayıb.

HTML tutorial

Sosial şəbəkələrdə onun mobil telefonunun ekranında müvafiq kadrları aydın göstərən video yayılıb.

Steviç Kosovo ilə bağlı Avropa planının müzakirəsi zamanı Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəyə böyük təzyiqlərdən danışarkən videoya baxıb. Maraqlıdır ki, Steviç özü Kosovo və Metoxiyadandır.

Deputat Kosovo və Metoxiya məsələləri komitəsinin, həmçinin Konstitusiya məsələləri və qanunvericilik komitəsinin və İnzibati və büdcə məsələləri komitəsinin üzvüdür.

Xatırladaq ki, yanvarın sonunda Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo ilə münasibətlərin normallaşdırılmasına dair Fransa və Almaniyanın təklif etdiyi sazişin konsepsiyasını qəbul etməyə hazır olduğunu bildirib, lakin qeyd edib ki, bu, Priştinanın razılığından asılıdır.

Gununsesi.info