Deputat: İcra hakimiyyətlərində rüşvət halları niyə azalmır? — “Ciddi problemlər mövcuddur”

  • By admin
  • 05 May 2020 17:55

Azay Quliyev bu gün Milli Məclisin plenar iclasındakı çıxışında diqqəti dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çıxışına çəkib.

Gununsesi.org bakupost-a istinadlaxəbər verir ki, millət vəkili önəmli təkliflə çıxış edib:

Cənab Prezident mayın 1-də baş prokuroru qəbul edən zaman neqativ hallarla, xüsusilə korrupsiya və rüşvətxorluqla effektiv mübarizədə vətəndaşlar tərəfindən ictimai nəzarətin tətbiq olunmasının vacibliyini və önəmini bir daha xatırlatdı.

Əsas sual da budur:

Gəlin, görək, ictimai nəzarət mexanizmi nədən ibarətdir və bundan necə istifadə olunur?!

Bilirsiniz ki, Avropada ən yaxşı ictimai nəzarət mexanizmini özündə ehtiva edən örnək hüquqi bazalardan biri, bəlkə də birincisi məhz 2013-cü ildə “İctimai İştirakçılıq haqqında” qanunu qəbul etməklə Azərbaycanda yaradılıb.

Qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkili üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdi.

Təəssüflər olsun ki, bu qanun tətbiqində ciddi problemlər mövcuddur

Heç də bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları belə bir nəzarət mexanizminin yaradılmasında maraqlı görsənmirlər.

Bu baxımdan ictimai nəzarət mexanizminin tətbiqi dövlət məmurlarının birbaşa marağında olmalıdır və onlar ictimai şuraların yaradılmasından çəkinməməli və qanunun tələb etdiyi kimi bu qurumu yaratmalıdırlar.

Gununsesi.org