Bu pulları idman obyektlərinin tikintisinə yox, qəzalı evlərə xərcləyin -FƏRƏC QULİYEVİN HÖKUMƏTDƏN TƏLƏBİ

  • By admin
  • 06 Dekabr 2016 16:16
ferec
Millət vəkili büdcədən idman obyektlərinin tikintsinə külli miqdarda vəsaitin ayrılmasına etiraz etdi.
 Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fərəc Quliyev  Milli Məclisdə (MM) büdcə müzakirəsi zamanı deyib. 
“2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 300 milyon manatdan artıq, həmçinin, digər idman obyektlərinin tikintisinə böyük həcmdə vəsaitin ayrılmasına nə ehtiyac var? Axı,  Birinci Avropa Oyunları zamanı ölkə ərazisində kifayət qədər idman obyekti tikilib. Yenidən bu qədər vəsaitin ayrılmasına indi nə ehtiyac var? Ola bilməz ki, həmin vəsait digər sahələrə yönəldilsin?!”-deyən millət vəkilinin sözlərinə görə,  məsələn, qaçqınların yaşadığı 9 min qəzalı evlər var və həmin vəsaiti ora yönəltmək olar: “Odur ki, hökumət bu məsələlərə aydınlıq gətirməlidir”.
Mürtəza 
Gununsesi.info