Deputat iki rayonun qaziləri ilə görüşdü

  • By admin
  • 31 Avqust 2022 19:35

Milli Məclisin deputatı Anar Məmmədov YAP Goranboy rayon təşkilatı aparatının inzibati binasında təmsil etdiyi Goranboy rayonu və Naftalan şəhərindən olan qazilərlə görüş keçirib. 

“Gununsesi” xəbər verir ki, görüşdə millət vəkili ilə yanaşı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev və rayon ağsaqqalları da iştirak edib.

HTML tutorial

Səmimi görüş zamanı Anar Məmmədov qazilərin gündəlik rastlaşdıqları problemləri dinləyərək qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.

Gununsesi.info