İsraildə istirahətdə olan deputat dəniz sahilində dünyasını dəyişib.
Gununsesi.info RBC-ya istinadən xəbər verir ki, Rusiya Liberal-demokratlar fraksiyasından olan deputat Vasiliy Tarasyuk naməlum şəraitdə dünyasını dəyişib.
Onun Ölü dəniz sahillərində istirahət edərkən naməlum səbələrdən qəfil dünyasını dəyişdiyi bildirilir. Belə ki, həkimlər onu uzanməş vəziyyətdə görüb, yaxınlaşıblar və yoxlama zamanı deputatın nəbzinin vurmadığının şahidi olublar. Ona ilkin tibbi yardım göstərsələr də nəticəsi olmayıb.
68 yaşlı deputat vaxtı ilə “Vateqanneft”, “Lukoyl-Koqalımneftqaz”, “Lukoyl-Qərbi Sibir”də məsul vəzifələrdə çalışıb. O, eyni zamanda, “Afipskiy neft emalı” zavodunun baş direktoru işləyib.
Gununsesi.info