Deputat köməkçisindən reaksiya -""BANK STANDART"LA ƏLAQƏSİ YOXDUR"

  • By admin
  • 03 İyun 2016 23:05

bankstadd

“Rəfael müəllimin adı  başqa banklarla çəkilib. Amma mən onun köməkçisi kimi deyə bilərəm ki, “Bank Standart”la onun arasında hansısa münasibət olmayıb”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında deputat Rəfael Cəbrayılovun köməkçisi Faiq Bayramov saytımızda “Deputatların əmlakına həbs qoyuldu-Beynlxalq Bank işi təkrarlana bilər” adlı yazıya münasibət bildirərkən söyləyib. Xatırladaq ki, həmin yazıda millət vəkilləri Xanhüseyn Kazımlının və Rəfael Cəbrayılovun “Bank Standart”a külli miqdarda borclarının olması, borcu ödəmədiklərinə görə, əmlaklarına həbs qoyulması xəbəri yayılıb.

Ancaq Rəfael Cəbrayılovun köməkçisi deputatın adının bu cür qalmqalda hallandırılmasının doğru olmadığını deyib6 “Rəfael müəllimin qardaşları iş adamlarıdır. Onların hansısa banklarla iş birliyi ola bilər. Amma konkret adıçəkilən bankla hər hansı əlaqələri yoxdur”.