Məlahət İbrahimqızı BMT Baş Məclisinin sessiyasında iştirak edəcək

  • By admin
  • 18 İyul 2017 16:00

melahet

İyulun 19-da Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi sessiyası keçiriləcək.

Gununsesi.info  xəbər verir ki, sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək.

Tədbirdə bir sıra ölkələrin, ö cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinləniləcək, bu barədə müzakirələr aparılacaq.

Səfər iyulun 22-də başa çatacaqdır.

Gununsesi.info