Deputat Nəriman Əliyev anju əməliyyatından sonraKOMAYA DÜŞÜB

Deputat Nəriman Əliyev anju əməliyyatından sonra

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb.

Gununsesi.info-nun modern.az-a istinadən verdiyi məlumata görə, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.

Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

Gununsesi.info

COMMENTS