Deputat narazı vətəndaşlara: “Polis, hakim, deputat pisdir, bəs sən özün yaxşısanmı?”

“Problem varsa, ucuz şou bundan çıxış yolu deyil. Polis pisdir, hakim pisdir, deputat pisdir, bəs sən özün yaxşısanmı?”

Gununsesi.info xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisdə çıxışı zamanı deyib. 

HTML tutorial

O deyib ki, hazırda ucuz şəbəkə fenomenləri qapı-qapı düşüb həssas təbəqədən olan insanlar axtarırlar: “Başa düşürük problemlər var, ancaq onların həlli yolları da var axı. Bu halda bilərəkdən ictimai nifrət yaratmaq təxribatdır. Belə olan hada vətəndaşlar ayıq-sayıq olmalıdır. Çünki problemi ucuz şəbəkə fenomenləri deyil, dövlət həll edir”.

Gununsesi.info