Deputat nazirin fəaliyyətinə ETİRAZ: “Yerlərdən xeyli narazılıq var”

  • By admin
  • 02 Aprel 2021 12:31

“Ombudsmana müraciətlərin sayı həddindən artıq çoxdur. Ayrı-ayrı məmurlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə onlar bu quruma müraciət etmək qərarına gəlirlər”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, əlilliyin təyin olunması müəyyən problemlərin ortaya çıxmasına rəvac verib:

“Yerlərdən xeyli narazılıqlar var. Bu narazılıqlar aradan qaldırılmalıdır”.